BAKI, 2 noyabr. TELEQRAF
Ukrayna 22 pilotsuz uçan aparatla Rusiyanın üç bölgəsinə hücum edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb .
Dron hücumları axşam saatlarında baş verib. Kursk və Bryansk vilayətlərində 4, Belqorod vilayətində isə 14 pilotsuz uçuş aparatı zərərsizləşdirilib.