“Azərbaycan Texniki Universiteti” Publik Hüquqi Şəxsi tərəfindən 2026‑cı il üçün Türkiyə Azərbaycan Universitetinə mühafizə xidmətinin satınalınması üzrə tender elan edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, ender çərçivəsində ehtimal olunan qiymət 65 644,34 AZN təşkil edir. Satınalma üzrə göstərilən ehtiyaclar belədir:
Mühafizəçi (12 aylıq) – 3 nəfər
Növbə nəzarətçisi (12 aylıq) – 1 nəfər
Tender prosedurlarına uyğun olaraq, müvafiq təkliflərin təqdim edilməsi gözlənilir və nəticələr sonradan açıqlanacaq.