Bakı–Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az Metbuat.az-a istinadən xəbər verir ki, yük maşını idarəetməni itirərək qəza törədib. Hadisə nəticəsində nəqliyyat vasitəsində daşınan mazut yola dağılıb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə hələ məlumat yoxdur. Qəzanın dəqiq səbəbləri araşdırılır.