AZ

Qol və məhsuldar ötürmə sayında Premyer Liqa rekorduna çatdı - Məhəmməd Salah

“Liverpul”un hücumçusu Məhəmməd Salah “Aston Villa” ilə oyunda hesabı açaraq rekorda imza atıb.

Sportinfo.az “Squawka”ya istinadən xəbər verir ki, Salah “Mançester Yunayted”in sabiq ulduzu Ueyn Runinin rekordunu təkrarlayıb.

Belə ki, Salah bir komandada qol və məhsuldar ötürmə sayında Premyer Liqa rekorduna çatıb. O, indiyədək 276 qolun vurulmasında iştirak edib.

Məhəmməd Salah 2017-ci ildən “Liverpul”un şərəfini qoruyur. Ueyn Runi isə 2004-2017-ci illərdə “qırmızı şeytanlar”da çıxış edib.

Seçilən
23
sportinfo.az

1Mənbələr