AZ

Qızıl "Amerika" unitazı satışa çıxarılır

"Sotheby's" hərrac evi noyabrın 18-də 10 milyon dollarlıq qızıl unitazı satışa çıxaracaq.

Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Qeyd olunur ki, bu əsər 2016-cı ildə təxminən 100 kiloqram çəkisi olan 18 karatlıq qızıldan hazırlanmış və “Amerika” adlandırılıb. Onu italyan rəssam Mauritsio Kattelan yaradıb. Dünyada bu cür yalnız iki unitaz mövcuddur. 2017-ci ildə bu əsər şəxsi kolleksiyaya daxil edilib, onun “qardaşı” isə 2019-cu ildə İngiltərənin Oksfordşir qraflığındakı Blenheim sarayından oğurlanıb.

"Sotheby's" müasir incəsənət şöbəsinin rəhbəri və vitse-prezidenti Devid Qalperin bu lot haqqında belə deyib: “Kattelan mənim üçün bizim nəslin ən böyük rəssamlarından biridir və bu onun ən simvolik işlərindən biridir.”

Seçilən
2
9
publika.az

10Mənbələr