AZ

Tovuzda fərdi yaşayış evində başlayan yanğın söndürülüb - FOTO - YENİLƏNİB-2

Tovuzda fərdi yaşayış evində başlayan yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, FHN-nin Tovuz Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının qarşısı alınıb.

Yanğın 190 kv metr olan evdə qeydə alınıb. Yanğın zamanı evin 70 kv metri əşyaları ilə birlikdə tamamilə yanıb. Evinn qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb.

Məlumata görə, yanğın zamanı ev sahibi evdə olmayıb.

Yanğım hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***

19:54

Xəbərə foto əlavə edilib.

***

19:39

Tovuzda yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayonda yerləşən fərdi yaşayış evlərinin birində anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-mim yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğın söndürülməsi istiqamətində işlər gedir.

Tovuzda
Seçilən
50
18
apa.az

10Mənbələr