AZ

Yuventus azarkeşlərindən Spallettiyə: “Napoli döyməsini sil!”

ain.az, Fanat portalına istinadən məlumat verir.

“Yuventus” azarkeşləri komandanın yeni baş məşqçisi Lusiano Spallettiyə diqqətçəkən müraciət ediblər.

Fanat.Az xəbər verir ki, İtaliya mətbuatının məlumatına görə, fanatlar təcrübəli mütəxəssisdən qolundakı “Napoli” döyməsini sildirməsini istəyiblər.

Onlar hesab edirlər ki, bu döymə Spallettinin “Napoli”yə olan bağlılığını simvolizə edir və “Yuventus”un yeni dövründə uyğun bir görüntü yaratmır.

Xatırladaq ki, Spalletti “Napoli” ilə 2022/23 mövsümündə Serie A çempionluğu qazanmış, bu uğurun xatirəsinə qoluna klubun emblemini döymə etdirərək tarixə düşmüşdü.

“Yuventus” rəhbərliyinin isə bu məsələ ilə bağlı rəsmi açıqlama vermədiyi bildirilir.

Kamil Xudiyev

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
fanat.az

2Mənbələr