AZ

"Öcalan parlamentdə çıxış edəcək" -

Otuz min günahsız insanın qətlində ittiham olunan və ömürlük həbs cəzasına məhkum edilən PKK lideri Abdullah Öcalan Türkiyə parlamentində çıxış edəcək. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın müşaviri Mehmet Uçum məlumat verib. Mehmet Uçum uşaq qatili Öcalanın gələn həftə Türkiyə Böyük Millət Məclisinə (TBMM) gətiriləcəyini istisna etməyib. Ərdoğanın müşaviri deyib ki, PKK lideri TBMM-nin nəzdində fəaliyyət göstərən Milli Birlik, Qardaşlıq və Demokratiya Komissiyasının üzvləri qarşısında çıxış edəcək. Onun sözlərinə görə, Öcalanın çıxışından sonra ölkə rəhbərliyinə təqdim etmək üçün xüsusi sənəd hazırlanacaq.

Qeyd edək ki, Abdullah Öcalanın müraciətindən sonra PKK üzvləri əllərində olan silahları Türkiyənin hüquq-mühafizə orqanlarına təhvil veriblər.

Seçilən
58
1
metbuat.az

2Mənbələr