Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, üçüncü oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.
“Turan Tovuz” qazonu yenilənmiş doğma meydanındakı ilk matçında “Şamaxı”nı sınağa çəkib. Cavid Cəlilov idarə etdiyi oyunda qapılara 3 qol vurulub. Yekunda Tovuz təmsilçisi çətin qələbəyə sevinib.
Günün digər oyununda “Sumqayıt” “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirəcək.
Daha öncə “Qarabağ” “İmişli”yə (2:0), “Neftçi” “Kəpəz”ə (5:1) qalib gəlib, “Karvan” “Zirə”yə (2:3) uduzub. “Sabah” – “Qəbələ” oyunu isə sabah keçiriləcək.
Premyer Liqa
10-cu tur
2 noyabr
“Turan Tovuz” – “Şamaxı” 2:1
Qollar: Roberto Olabe, 45+2. Joarlem Santos, 49 – Rikardo Apolinario, 45-pen.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:00.
Turan Tovuz: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 5. Roderik Miller, 3. Enrike Silva, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 7. Xorxe Silva, 19. Roberto Olabe, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 6. Fərid Yusifli, 2. Abdulla Rzayev, 77. Veysəl Rzayev, 99. İbrahima Vadji.
Baş məşqçi: Kurban Berdıyev.
Şamaxı: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 97. Oruc Məmmədov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 3. Vladislav Veremeyev, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 5. Arsen Ağcabəyov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 7. Edqar Adilxanov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 90. Davud Mənsumov, 6. Antonio Lara.
Baş məşqçi: Ayxan Abbasov.

