AZ

Bakıda qızının intim görüntülərini yayan anaya hökm oxundu

Bakıda 2015-ci il təvəllüdlü qızı Günay Məmmədovanın pornoqrafik görüntülərini yayan 1968-ci il təvəllüdlü Nigar Məmmədovanın (ad-soyadlar şərtidir) məhkəmə prosesi başa çatıb.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmünə əsasən, Nigar Məmmədova 5 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, 2 il müddətinə təhsil və təlim-tərbiyə müəssisələrində inzibati vəzifə tutma və təlim-tərbiyə fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilib.

Sanksiyanın təhsillə bağlı hissəsi ona görədir ki, N.Məmmədova Bakıda fəaliyyət göstərən uşaq bağçalarından birinin vaxtilə direktoru olub.

Cinayət işinə gəlincə, 57 yaşlı ana 2023-cü ildə yaşadığı evdə öz istifadəsində olan mobil telefonla porno saytlarından birinə daxil olub. O, hadisə vaxtı 8 yaşı olan qızının lüt görüntülərini çəkib və uşaq pornoqrafiyasına aid videoları həmin sayta yükləyib.

Seçilən
124
25
publika.az

10Mənbələr