AZ

Soyuq havalarda bu 4 üsulu tətbiq edin - Ağrılardan qurtulun

Qarın ağrısı şikayəti həm qidalanma vərdişlərindən, həm də müəyyən xəstəliklərdən qaynaqlana bilər. Əgər ağrıkəsicilər təsir göstərmirsə, təbii üsullardan yararlanaraq bu narahatlığı aradan qaldırmaq mümkündür.

Musavat.com xəbər verir ki, qarın ağrısından qurtulmaq üçün ən faydalı 4 təbii üsul aşağıdakılardır:

Zəncəfil çayı

Zəncəfil həzmi asanlaşdıran və iltihab əleyhinə təsirə malik təbii bitkidir. Bir stəkan qaynar suya bir neçə nazik dilim təzə zəncəfil əlavə edib təxminən 10 dəqiqə dəmləyin. Bu çay mədə əzələlərini boşaldaraq ağrıları azaldacaq.

Nanə çayı və ya nanə yağı

Nanənin tərkibindəki mentol maddəsi bağırsaq əzələlərini rahatlaşdırır. Bir fincan nanə çayı içmək və ya bir neçə damcı nanə yağını ilıq suya əlavə edib içmək qarındakı gərginliyi azaldır. Bu üsul həmçinin həzmi yaxşılaşdırır.

Çobanyastığı çayı

Çobanyastığı həm mədə, həm də bağırsaqları sakitləşdirən təbii bitkidir. Gündə 1–2 fincan çobanyastığı çayı içmək stress və ya həzm problemlərindən qaynaqlanan qarın ağrısını yüngülləşdirəcək.

İsti su torbası

Qarın nahiyəsinə 15–20 dəqiqə ərzində isti su torbası qoymaq əzələləri boşaldır və ağrını azaldır. 

Musavat.com

Seçilən
0
3
musavat.com

10Mənbələr