Apasport saytına istinadən ain.az xəbər verir.
"Real"ın futbolçusu Arda Güler La Liqanın 11-ci turunda "Valensiya" ilə oyunda (4:0) zədələnib.
Apasport.az xəbər verir ki, matçın ilk hissəsində onun ayağı burxulub.
20 yaşlı yarımmüdafiəçi bu səbəbdən ikinci hissədə meydana çıxmayıb.
AS nəşri yazıb ki, Türkiyə millisinin üzvünün durumu ciddi deyil və baş məşqçi Xabi Alonso onu qorumaq üçün əvəzləyib. Ardanın bu həftə Çempionlar Liqasının Liqa mərhələsində "Liverpul"la oyunda meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, Arda Güler bu mövsüm "Real"da ümumilikdə 20 oyuna 4 qol vurub, 8 qol ötürməsi edib.
Messinin qolu komandasına kömək etmədi
“Atletiko” 3 xalı 3 qolla qazandı
Premyer Liqada 7 qarşılaşma baş tutub – “Arsenal” və “Çelsi” qələbə qazanıb
A Seriyası: “Udineze” qələbə qazandı, “Napoli” büdrədi
Bundesliqa: "Bayern" evdə "Bayer"i məğlub edib
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.