AZ

Rusiyanı müharibəni dayandırmağa məcbur etmək... Sibiqa

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna getdikcə Rusiyadakı hərbi hədəflərə qarşı dəqiq zərbələr endirir və bu da Kremli müharibəni bitirməyə yaxınlaşmağa məcbur edir.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.

“Ukraynanın uzaqmənzilli qüvvələri Rusiyanı müharibəni dayandırmağa məcbur etmək üçün açar rolunu oynayır. Nə qədər uzağa fəaliyyət göstərə bilsək, müharibə bir o qədər qısa olacaq. Gələcəkdə Ukraynanın uzun mənzilli arsenalı Rusiyanın hər hansı yeni təcavüzünə qarşı çəkindirici rolunu oynayacaq. Daha çox silah istehsal etmək üçün texnologiyamız və gücümüz var, lakin onları qurmaq üçün daha çox investisiyaya ehtiyacımız var. Tərəfdaşlarımızı töhfələrini artırmağa çağırıram”, - Sibiqa bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
axar.az

2Mənbələr