AZ

Görünməz qəhrəmanların SƏSSİZ HÜCUMU: Müharibənin fərqli üzü

Kəşfiyyat düşmən haqqında mümkün qədər dəqiq məlumat toplamaq, həmin məlumatı analiz edib əməliyyat qərarlarının hazırlanmasına xidmət etmək funksiyasını daşıyır.

Far.AzAzTV-yə istinadla xəbər verir ki, ehtiyatda olan kəşfiyyatçı Elsəvər Hümbətov Vətən müharibəsində kəşfiyyatın rolundan, mina sahələrinin yaratdığı təhlükədən və döyüşlərdəki koordinasiyalardan danışıb.

O qeyd edib ki, müharibə zamanı qarşıda ölümcül mina sahələri dayanırdı və həmin əraziləri keçmək böyük cəsarət və vətənpərvərlik tələb edirdi. Azərbaycan Ordusu kəşfiyyatla atəş dəstəyi arasında sıx koordinasiya nəticəsində bu çətinliklərin öhdəsindən gəlib və düşmənin mövqelərinə zərbə endirə bilib.

E.Hümbətov, həmçinin kəşfiyyat fəaliyyətinin yalnız texniki deyil, psixoloji üstünlük də yaratdığını vurğulayıb. Onun sözlərinə görə, düşmənin daimi müşahidə altında olduğunu hiss etməsi onun manevr imkanlarını məhdudlaşdırıb və müdafiə sisteminin səmərəliliyini zəiflədib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Seçilən
33
far.az

1Mənbələr