38 yaşlı Lionel Messi bu təqvim ilində bütün yarışlarda 40 qol vurub.
"Ölkə.az" xəbər verir ki, hücumçu MLS müntəzəm çempionatında "Neşvill"lə keçirilən pley-off matçında "İnter Mayami"nin heyətində qol vuraraq 40 qol həddinə çatıb.
Bununla da argentinalı ulduz MLS tarixində bütün yarışlarda bir ildə 40 qol vuran ilk oyunçu olub. Əvvəllər MLS-dən heç kim bir ildə 38-dən çox qol vurmamışdı.