AZ

İsmayıllıda maşınlar toqquşdu - Ölən var

Dünən İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Buynuz kəndi ərazisində olub.
 
Belə ki, Vüsal Rubilzadənin idarə etdiyi "Kia” və Zeynəddin Əliyevin idarə etdiyi "VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ”da olan sərnişin, 74 yaşlı Gülyaz Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
 
 

Seçilən
15
23
7news.az

10Mənbələr