AZ

Kostiç “Yuventus” tarixində ən erkən qollardan birini vurub

A Seriyasının 10-cu turunda “Yuventus” səfərdə “Kremoneze”ni məğlub edərək Lusiano Spallettinin rəhbərliyi altında ilk qələbəsini rəsmiləşdirib.

90deqiqe.Az xəbər verir ki, Turin klubu matça əsl fırtına kimi başlayıb – serbiyalı ulduz Filip Kostiç topu qapıdan keçirmək üçün cəmi 85 saniyəyə ehtiyac duyub. Bu qol “Yuventus” tarixində səfərdə vurulan ikinci ən erkən qoldur.

Klubun rekord göstəricisi hələ də 2008-ci ilin aprelində “Atalanta” ilə görüşdə Nikola Leqrottalyenin 46-cı saniyədə vurduğu qola məxsusdur.

Turinlilər bu nəticə ilə yeni dövrə uğurlu addımla başlayıb və Spallettinin rəhbərliyi altında gələcək oyunlara böyük inamla baxır.

Seçilən
35
90deqiqe.az

1Mənbələr