AZ

Sumqayıtda avtomobil kanala düşdü -Yaralananlar var

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az modern.az-a istinadən xəbər verir ki, "Toyota Camry" markalı minik avtomobili idarəetmədən çıxaraq Samur-Abşeron kanalının Sumqayıtdan keçən hissəsinə düşüb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
11
17
redaktor.az

10Mənbələr