AZ

İrana nüvə danışıqlarını bərpa etmək təklif olunub

İranın Xarici İşlər Nazirliyinə onun nüvə proqramı ilə bağlı danışıqları bərpa etmək təklif olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ bir gün əvvəl Oman vasitəsilə İrana müvafiq mesaj göndərib.

Bağdad Əl-Yəvmin verdiyi məlumata görə, İran xarici işlər nazirinin müavini və aparıcı müzakirəçi Məcid Təxt-Rəvançi Oman nümayəndələri və BMT rəsmiləri ilə danışıqlar aparmaq üçün bir gün əvvəl Omana gəlib . Görüşdə İranın nüvə proqramı və Yəməndəki vəziyyəti müzakirə ediblər .

Daha əvvəl bildirilmişdi ki, Vaşinqton “əsassız tələbləri” dayandırana qədər İran ABŞ-la danışıqlardan imtina edir.

Seçilən
44
nocomment.az

1Mənbələr