AZ

Azərbaycan millisinin İslamiada üçün heyəti açıqlandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

İdmanxeber.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi Faiq Qarayev aşağıda adları qeyd olunan oyunçulara dəvət göndərib:

Ayşən Abduləzimova, Aynur İmanova, Marqariya Stepanenko, Kseniya Pavlenko, Yuliya Kərimova, Bəyaz Quluyeva, Valeriya Kondratyeva, Anastasiya Bayduk, Ülkər Kərimova, Nilufər Ağazadə, Yelizaveta Burkova, Valeriya Burkova.

Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də, bağlanış mərasimi isə 21-də olacaq.

Seçilən
18
5
idmanxeber.az

10Mənbələr