AZ

Əli Kərimlinin keçmiş müavini “açdı sandığı, tökdü pambığı” - “Bu, son olmayacaq...”

AXCP sədri Əli Kərimlinin keçmiş müavini Əbülfəz Qurbanlı sükutu pozub.

Musavat.com xəbər verir o, öz feysbuk profilində həm kinayəli, həm qəzəbli, həm də təəssüfləndiyini açıq büruzə verən bir status paylaşıb.

Bu status demək olar ki, bir müddət də partiyanın Gənclər Komitəsinin sədri olan Əbülfəz Qurbanlının Kərimli tərəfindən müavinlikdən və partiyadan uzaqlaşdırıldıqdan sonra (baxmayaraq ki, guya özü istefa verdiyini deyir) ilk belə açıq etirazıdır.

AAAAAAAAAAA.png

Həm də “NİDA” Vətəndaş Hərəkatının idarə heyətinin keçmiş üzvlərindən sayılan Qurbanlı yazır:

“Mən 22 yaşımda, 2003-cü ildə bu ölkədə siyasi proseslərə qoşuldum. Rəsmi olaraq. O vaxt inanırdıq ki, bizim də qoşulduğumuz bu proses dəyişiklik gətirəcək. Bizdən öndə olanlara inanırdıq. İndi 43 yaşım var. Geri baxanda sual yaranır: nəyə çatdıq?

Bir hissəmiz həbsdə, bir hissəmiz mühacirətdə, bir hissəmiz isə növbəsini gözləyir.

Bəli, bunu açıq deməliyik: hakimiyyət bizim haqqımızı, hüququmuzu yedi.

Müxalifət bizi “həsən-hüseyn savaşı”na soxdu. Ənənəvi vətəndaş cəmiyyətinin vacib bir qismi bir çox hallarda ictimai resurslara “dədə malı” kimi sahibləndi.

Və bu gün biz bu ölkə üçün yanan, inanan adamlar olaraq nəticədə heç nəyə nail ola bilməyən, yorğun və yaşlanmaqda olan nəsilik.

Amma bu, son olmayacaq və bu yazı bir etirazdır…”

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
39
musavat.com

1Mənbələr