AZ

Həftənin ilk iş gününün HAVASI

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan ərazisində noyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.Bizim Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-17° isti olacaq.

 

Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən, yağmursuz olacağı gözlənilir.Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.Bizim Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
40
49
bizim.media

10Mənbələr