AZ

Mbappe Anrini qabaqladı

"Real Madrid"in hücumçusu Kilian Mbappe Avropanın top-5 liqalarında vurulan qolların sayına görə həmyerlisi Tyerri Anrini geridə qoyub.

Fanat.Az xəbər verir ki, fransalı hücumçu buna La Liqanın 11-ci turunda “Valensiya”ya qalib gəldikləri (4:0) matçda dubl etməklə nail olub.

O, Avropanın ən yaxşı beş çempionatında 291-ci qarşılaşmada 235-ci qoluna imza atıb.

Tyerri Anri 459 görüşdə 233 dəfə fərqlənmişdi.

Mbappe “Monako”da 16, PSJ-də 162, “Real”da 44 dəfə rəqib qapılarına yol tapıb.

Seçilən
33
6
fanat.az

7Mənbələr