AZ

"Neftçi" "Fənərbaxça"nın forvardını transfer edəcək? - bəlli oldu

Türkiyə millisinin və "Fənərbaxça"nın hücumçusu Cenk Tosunun "Neftçi"yə keçəcəyi ilə bağlı məlumatlar yayılıb. 34 yaşlı forvardın qışdan sonra “ağ-qaralar”ın formasını geyinəcəyi iddia edilir. 

Sportal.az saytına verilən məlumata görə, yayılan xəbərlər əsassızdır. "Neftçi"nin Tosunla maraqlanmadığı və onu heyətinə qatmağı planlaşdırmadığı dəqiqləşib. 

2024-cü ildən “Fənərbaxça”nın formasını geyinmiş Tosunun bu klubla müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Cenk karyerası ərzində “Aynxtrat”(Frankfurt), “Qaziantepspor”, “Beşiktaş”, “Everton”, “Kristal Pelas” komandalarında oynayıb.

 

saytlarin hazirlanmasi

Seçilən
41
1
sportal.az

2Mənbələr