Rusiyada gənclərin əyləncəsi ölkədə müzakirələrə səbəb olan ciddi qalmaqala çevrilib. Publika.az 78.ru-ya istinadən xəbər verir ki, keçmiş "Lennauçfilm"in binasında əyləncə məclisi keçirilib. Qalmaqala səbəb isə maskalı insanların çılpaq və ya yarıçılpaq şəkildə səhnədə rəqs edib öpüşmələri olub.
Qeyd edilib ki, intim görüntüləri ilə gündəm olan məclis 11 oktyabrdan 12 oktyabra keçən gecə olub. Təşkilatçılardan biri özünün Telegram kanalında paylaşım edərək əyləncə məclisinin hazırlıqlarını əks etdirən videolarda isə kinoteatr zalı və kinolentlərdən ibarət qutular aşkar görünür.
Qeyd edək ki, "Lennauçfilm" (Leninqrad elmi-populyar və təhsil filmləri studiyası) Sankt-Peterburqda yerləşir və Sovet dövründən qalsa da hazırda Rusiyanın əsas dəyər verərək qoruyub saxladığı kinostudiyalardan biridir.
Tural