AZ

Paşinyan kilsənin “kürf” adlandırdığı yerə GEDİR

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ermənistan Milli Məclisinin sədri Alen Simonyan, nazirlər, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan parlament üzvləri, icma liderləri, qubernatorlar və hakim partiyanın tərəfdarları Ohanavan kəndindəki Ovannavank kilsəsinə gediblər.

“Cebheinfo.az” xəbər verir ki, ötən bazar günü olduğu kimi, bu gün də kilsənin həyətində çox sayda polis və təhlükəsizlik işçisi var.

Keşiş Stepan Asatryan liturgiyanı keçirməyə hazırlaşır, fraksiyanın gənclər qanadının  üzvü də ona kömək etmək üçün gəlib.

Ermənistanın Baş naziri Nikol Paşinyan da bir az sonra kilsəyə gedəcək.

Qeyd etmək lazımdır ki, Müqəddəs Eçmiədzinin Ana Taxtı Ovannavankdakı hadisələri “küfr” adlandırıb.

Xəzər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
1
cebheinfo.az

2Mənbələr