Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Türkiyənin Antalya vilayətinin Manavqat kəndində iki safari cipinin toqquşması nəticəsində 10 əcnəbi turist xəsarət alıb. Avtosfer.az bu barədə "İHA" agentliyinə istinadən xəbər verir. Hadisə Sarılar rayonunda baş verib. Agentlik yazıb ki, ciplərdən biri toqquşma nəticəsində aşıb, sürücü Ahmet Korkutalp və 10 xarici turist - dörd İsveç, dörd britaniyalı və iki polyak yaralanıb. Yaralılar Manavqat xəstəxanasına yerləşdirilib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.