AZ

Tayvanda şəkərdən istifadə edilməklə tikilmiş qədim yollar aşkarlanıb

Ajans.az bu barədə "Taipei Times" qəzetinə istinadən xəbər verir. Tapıntı ilk dəfə Tayvanda dəmiryol xətti inşaatı zamanı inşaatçılar tərəfindən aşkar edilib. Arxeoloji tədqiqatlar göstərib ki, bu, Tayvanın Tsin imperiyası tərəfindən idarə olunduğu (1644-1911) dövrdə inşa edilmiş yolların bir hissəsidir. Yol materialı kimi gil məhlulundan istifadə edilsə də, boşluqlar müxtəlif materiallarla, o cümlədən saxsı qırıntıları, kərpic parçaları və işlənməmiş qamış şəkəri ilə doldurulub. Arxeoloqlar hesab edir ki, yol tikən işçilər boşluqları doldurmaq üçün asanlıqla əldə edilə bilən materiallardan istifadə ediblər. Tarixi mənbələrə görə, Tsin sülaləsinin məmurları Tayvanda şəkər istehsalının yüksək səviyyədə olduğunu və şəkər parçalarının hər yerdə tapıla biləcəyini qeyd ediblər. Məmurlar, həmçinin yaz aylarında bu ərazidəki yolların üstündə şəkər ətirli buxarın yüksəldiyini qeyd ediblər.

Seçilən
5
1
Ajans.az

2Mənbələr