AZ

Tramp bu ölkəni işğalla HƏDƏLƏDİ

ABŞ Prezidenti Donald Tramp Nigeriyada xristianlara qarşı törədilən zorakılıqlara görə ölkəyə qarşı mümkün güc tədbirlərinin hazırlanması üçün Pentaqona göstəriş verib.

Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Trampın sözlərinə görə, əgər Nigeriya hakimiyyəti bu cür cinayətlərin qarşısını almaqda davamlı uğursuzluq göstərərsə, ABŞ bu ölkəyə bütün yardımı və dəstəyi dərhal dayandıracaq.

“Amerika Birləşmiş Ştatları Nigeriyaya bütün yardım və dəstəyi dərhal dayandıracaq və bu dəhşətli vəhşilikləri törədən İslam terrorçularını tamamilə məhv etmək üçün tam silahlanmış şəkildə hazırda rüsvay olmuş ölkəyə daxil ola bilər”, - ABŞ lideri xəbərdarlıq edib.

Tramp həmçinin vurğulayıb ki, Nigeriyaya mümkün müdaxilə “sürətli və sərt” olacaq və hücum “məmnuniyyətlə həyata keçiriləcək”.

Seçilən
11
2
publika.az

5Mənbələr