Rusiyalı səyahətçi Yaponiyaya səfəri zamanı oradakı qadınların bədən baxımı ilə bağlı fərqli münasibətini müşahidə edib.
Milli.Az xəbər verir ki, o, təəssüratlarını "Like Travel Səyahətlər" adlı bloqunda "Dzen" platformasında paylaşıb.
Bloqerin sözlərinə görə Yaponiyada qadınlar təbii görünüşü üstün tutur və bədən tüklərini təbii halında saxlamağı normal sayırlar. "Yerli qadınlar uzun saç saxlayır, bədənlərini epilyasiya etmirlər. Bu, baxımsızlıq kimi qəbul edilmir, əksinə, gözəllik sayılır. Amma mənim fikrimcə, bu, estetik görünmür", - deyə o bildirib.
Yazıda həmçinin qeyd olunur ki, Yaponiyada "baby face", yəni "uşaq siması" anlayışı geniş yayılıb. Qadınlar incə bədən quruluşu, solğun dəri və yumşaq üz cizgiləri ilə gənc görünməyə çalışırlar. "Dairəvi üz, iri gözlər və yumşaq sifətə malik qadınlar gözəllik idealı hesab olunur. Belə qadınlar reklam və jurnallarda daha çox görünür və daha çox qonorar qazanırlar", - bloqer vurğulayıb.
Qeyd edək ki, paylaşımı edən bloqerin şəxsiyyəti açıqlanmayıb, o yalnız "Like Travel Səyahətlər" bloqunun müəllifi kimi təqdim edilib.
İsmayıl
Milli.Az