AZ

“Bir-iki yüzdə bir saniyə belə titul taleyini həll edə bilər”

Formula 1 pilotu Lando Norris çempionluq uğrunda gərgin mübarizədə detalların həlledici rol oynadığını bildirib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli pilotçu bu barədə komandasının sosial şəbəkələrdə yayılan iclasında deyib.

“Mövsümün bu mərhələsində hər saniyənin yüzdə biri belə poul mövqeyini və ya altıncı yeri müəyyən edə bilər. Bəzən sıralanma turunun ilk hissələrində mübarizə Q3-dən də çətindir. Sadəcə bir-iki yüzdə bir saniyəlik fərqlə növbəti mərhələyə keçə bilməmək mümkündür. Buna görə də, hər detal önəmlidir.

İlin sonunda bu xırda fərqləri analiz etdikdə görürsən ki, onlar sənə bir neçə mövqe qazandıra, şəxsi titul və ya konstruktorlar kubokunda qələbə gətirə bilər. Hər şeyin dəyəri var və biz hər bir incəliyə qədər mübarizə aparmalıyıq”

Xatırladaq ki, Lando Norris mövsümün son dörd yarışından əvvəl komanda yoldaşı Oskar Piastridən bir xal irəlidədir. Növbəti mərhələ San-Paulu Qran-prisi olacaq.

Seçilən
31
90deqiqe.az

1Mənbələr