Bakı. Trend:
Futbol üzrə Türkiyə Superliqasında XI turun oyunları davamedir.
Trend xəbər verirki, turun ən gözlənilən qarşılaşmalarından biri İstanbulda baştutub.
“Qalatasaray” öz meydanında “Trabzonspor”u qəbul edib və oyunqolsuz heç-heçə ilə başa çatıb.
Bu nəticədən sonra “Qalatasaray” 29 xalla turnir cədvəlində1-ci, “Trabzonspor” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XI turun mərkəzi görüşü noyabrın 2-də “Beşiktaş”la“Fənərbağça” arasında keçiriləcək.