AZ

Röya konsertindən danışdı: "Darıxıblar, özümü onlardan əsirgəmədim"

Ajans.az xəbər verir ki, bunu "Teleqraf"a açıqlamasında Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edən Xalq artisti Röya Ayxan deyib. "Həmişə mənə deyirdilər ki, heç nə lazım deyil, özün çıx, danış, bizdən Röyanı əsirgəmə. Ötən gün başa düşdüm ki, o Röya üçün darıxıblar. Dünənki konsertimiz çox gözəl keçdi, bu gün də, inşallah, elə davam edəcək. Artıq 20 ildir ki, dayanmadan konsert proqramları ilə çıxış edirəm. Səhnə fəaliyyətimin isə 25 illiyidir. Yenidən Heydər Əliyev Sarayında hamını qarşılamaq mənə böyük sevinc verir".

Qeyd edək ki, Röya Ayxan Heydər Əliyev Sarayında ikigünlük konsert proqramı ilə çıxış edir.

Seçilən
28
7
Ajans.az

8Mənbələr