AZ

“Liverpul” gənc stoperin transferinə hazırlaşır

“Liverpul” müdafiə xəttini gücləndirmək üçün yeni namizəd müəyyənləşdirib. Premyer Liqa nəhəngi hazırda “Brügge”də çıxış edən ekvadorlu müdafiəçi Kold Ordonezi heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, Belçika mətbuatının məlumatına görə, “Brügge” 21 yaşlı futbolçu üçün 40 milyon avro tələb edib. “Liverpul” rəhbərliyi isə gənc oyunçunun performansını yaxından izləyir və qış transfer pəncərəsində rəsmi addım ata bilər.

Kold Ordonez bu mövsüm Belçika Pro Liqasında stabil çıxışı ilə fərqlənib. O, həm müdafiədə soyuqqanlı oyunu, həm də topu oyuna düzgün daxil etməsi ilə diqqət çəkir.

“Liverpul” rəhbərliyi gənc futbolçunu gələcək üçün potensial əsas stoperlərdən biri kimi görür.

Seçilən
25
1
fanat.az

2Mənbələr