Azərbaycan Basketbol Liqasında V turun daha bir oyunu keçirilib.
Apasport.az xəbər verir ki, B qrupunun oyununda "Naxçıvan" "Quba" ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında təşkil olunan qarşılaşma birincilərin 86:78 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Ordu" "Lənkəran"ı (91:76), "Sumqayıt" "Sərhədçi"ni (84:80), "Şəki" isə "Gəncə"ni (84:70) üstələyib.
Yüksək Liqa: I turdan təxirə salınmış oyun keçiriləcək
“Neftçi” Avropa Kubokunda növbəti qələbəsini qazanıb
“Sumqayıt” oyunçusu ilə yollarını ayırıb - RƏSMİ
Çempionlar Liqası: "Sabah" növbəti matçına çıxacaq
ABŞ-li basketbolçu NTD-də