AZ

Lənkəranlı idmançı Vadim Əkbərov qol gücü yarışı üzrə dünya çempionu olub – VİDEO- FOTO

İdmançı Lənkəranda coşqu ilə qarşılanıb.

NOCOMMENT.az Cənub bürosunun verdiyi xəbərə görə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olan idmançı Vadim Əkbərov Bakı şəhərində keçirilən qol gücü (armwrestling) yarışı üzrə dünya çempionatında birinci yeri tutaraq Azərbaycan bayrağını zirvəyə qaldırıb.

Bu gün axşam saatlarında Vadim, doğulduğu Gərmətük qəsəbəsinə qayıdan çempionu kənd sakinləri böyük coşqu və alqışlarla qarşılayıblar. Qəsəbənin girişində toplaşan həmkəndlilər qələbə münasibətilə Vadim Əkbərovu təbrik edib, onunla xatirə şəkilləri çəkdiriblər.

Qeyd edək ki, Vadim Əkbərov bu uğuru ilə həm doğma Lənkəranın, həm də Azərbaycanın adını beynəlxalq arenada bir daha ucaldıb.

 

Seçilən
85
nocomment.az

1Mənbələr