AZ

Araz Naxçıvan ÇL nin pley off mərhələsinə vəsiqə qazandı

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb.

"Unikal" xəbər verir ki, Naxçıvan təmsilçisi yer aldığı 7-ci qrupdakı son matçında Niderland çempionu "Tigers Roermond"u 3:2 hesabı ilə məğlub edib.

Beləliklə 7 xal toplayaraq qrup qalibi kimi növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ilk oyunda yarışın təşkilatçısı olan Rumıniyanın "Yunayted Qalati" klubunu məğlub edib - 2:1. Komanda daha sonra Lüksemburq çempionu "Differdanje 03" komandası isə heç-heçə edib - 2:2.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
5
unikal.az

6Mənbələr