AZ

Konqo millisinin üzvü Azərbaycan klubuna transfer olundu

Qol.az saytına istinadən ain.az xəbər verir.

“Sumqayıt” FK 2025/26 mövsümü üçün daha bir futbolçunu heyətinə qatıb.

QOL.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib. Klub son olaraq Türkiyənin “Sakaryaspor” komandasında çıxış etmiş Konqo millisinin mərkəz yarımmüdafiəçisi Nsana Simon ilə 2 il uzatma şərti ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. O, kluba azad agent kimi keçib.

Qeyd edək ki, Fransanın “Lans” komandasının yetirməsi olan Nsana Simon karyerası boyunca adıçəkilən klubla yanaşı İsveçrənin “Sent Qallen”, Sloveniyanın “Bravo” və Türkiyənin “Sakaryaspor” klublarında çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
11
qol.az

7Mənbələr