Misli Premyer Liqasının V turunda "Zirə" "Karvan-Yevlax"ı 3:2 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki,
"Çempionat elədir ki, heç bir oyuna rahat yanaşa bilmirsən ki, burdan 3 xalı və ya qələbəni rahatlıqla qazanacaqsan. Bu da belə oyunlardan biri idi. Bilirdik ki, bizi burada nə gözləyir. "Karvan-Yevlax"ın ötən tur "Turan Tovuz"a qarşı əzmkar oyunundan sonra bu gün də əzmkarlıq nümayiş etdirəcəyini bilirdik. Çətin olacağını bilsək də, ilk hissəni yaxşı keçirdik, çoxsaylı qol epizodlarımız oldu. Rəqibin qapıçısı inanılmaz qurtarışlar etdi. Bizim qapımıza gələn zərbə qolla nəticələndi. Fasilədə futbolçularıma bildirdim ki, hər şeyi düz edirsiz, bu şəkildə davam etmək lazımdır. Hesabı bərabərləşdirdik. Dərhal yenə ağır zərbə aldıq. Rəqib bizi əks-hücumda yaxalayıb qol vurdu. Buna baxmayaraq futbolçularımız özlərində güc və inam tapıb sona qədər mübarizə apardılar və vacib 3 xal qazandıq. Belə davam etməliyik. Növbəti turda bizi "Turan Tovuz"la gərgin və maraqlı oyun gözləyir".