Ukrayna və Azərbaycan səhiyyə sahəsində əməkdaşlığı genişləndirir.
Aznews.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X"də yazıb.
O vurğulayıb ki, tərəflər arasında əczaçılıq, tibbi təlim, rəqəmsal səhiyyə və birgə tədqiqatların inkişaf etdirilməsi üçün yeni müqavilələr imzalanıb: "Birlikdə millətlərimiz üçün daha güclü və daha innovativ səhiyyə sistemləri qururuq".