AZ

Tanımadığı şəxsə böyrəyini bağışlayacaq

Tanımadığı şəxsə böyrəyini bağışlayacaqMəşhur amerikalı aktyor Cessi Ayzenberq dekabrın ortalarında tanımadığı bir insana böyrəyini bağışlayacaq.

Axşam.az xəbər verir ki, aktyor bu barədə "Today" proqramında danışıb.

Onun sözlərinə görə, bu fikir ona təxminən 10 il əvvəl gəlib, lakin həmin vaxt bu işlə məşğul olan xeyriyyə təşkilatı onun müraciətinə cavab verməyib.

Bir müddət əvvəl isə həkim dostu ona Nyu-Yorkdakı xəstəxanalardan birinə müraciət etməyi məsləhət görüb. Tibbi müayinələrdən sonra Ayzenberqə əməliyyat tarixi təyin olunub.

Seçilən
27
1
big.az

2Mənbələr