Gürcüstanda daha bir məmur barəsində həbs qətimkan tədbiri seçilib.
Paralel.az xəbər verir ki , Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin sabiq müavini Koba Qabunia barəsində həbs qətimkan tədbiri seçib.
Qabunia vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Qeyd edək ki, sabiq nazir İrakli Karseladzenin də adı keçən iş üzrə 20-yə yaxın ünvanda axtarışlar aparılıb. Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə aparılan əməliyyat zamanı Qabunia da saxlanılıb.
- Gecə Modu
 - Ana səhifə
 - Statistika
 - Mənbələr
 - Reytinq
 - Hava
 - Valyuta