AZ

Zaxarova: İsrail idmançılarının yarışlara buraxılmamasının əleyhinəyik

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

"Rusiya İsrail idmançılarının yarışlarda iştirakına qadağa qoyulmasına qarşıdır. İdmanın siyasiləşdirilməsi yolverilməzdir".

Teleqraf xəbər verir ki, bu fikirləri Rusiya XİN sözçüsü Mariya Zaxarova "Match TV"- yə müsahibəsində deyib .

“Mənə və beynəlxalq təşkilatlardakı nümayəndələrimizə tez-tez suallar verilir: Qəzza zolağında baş verən fəlakətə, İsrailin siyasətinə baxmayaraq, nə üçün İsrail idmançılarına [yarışa] icazə verilir – bu barədə nə düşünürsünüz? Biz deyirik ki, idmanda siyasiləşmə olmamalıdır. Biz İsrailin etdiklərini qiymətləndiririk. Biz Qəzzada baş verənlərə ədalətli qiymət veririk. Amma eyni zamanda deyirik ki, heç bir halda idmançıların siyasiləşdirilməsinə yol verilməməlidir", - o vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
5
sherg.az

6Mənbələr