AZ

Azərbaycanda zeytunçuluğun inkişafı ixrac imkanlarını genişləndirməyə şərait yaradır

Missiya.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanda son illər zeytun istehsalının əhəmiyyətli dərəcədə artması həm daxili bazarın tələbatını ödəməyə, həm də ixrac imkanlarını genişləndirməyə şərait yaradır.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu gün Zeytun festivalında iştirak etdik. Festival çərçivəsində fermer və sahibkarlarla görüşüb zeytunçuluğun inkişaf perspektivləri barədə fikir mübadiləsi apardıq.

Bu cür festivallar regionlarımızın aqrar imkanlarını nümayiş etdirməklə yanaşı, ölkəmizdə keyfiyyətli, rəqabətqabiliyyətli məhsul istehsalı üçün geniş imkanların olduğunun göstəricisidir", - nazir qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
missiya.az

2Mənbələr