AZ

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 9 faizdən çox artıb

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu ilin oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 31 milyard 041,8 milyon manat təşkil edib.

525.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 % çox, ilin əvvəlinə nisbətən 6 % çox, ötən ilin sentyabrın 1-i ilə müqayisədə isə 9,3 % çoxdur.

Kredit qoyuluşunun 21 milyard 686,1 milyon manatı və yaxud 70 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 9,3 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 590,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 10,5 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,2 %-dən 24,5 %-ə yüksəlib.

Oktyabrın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 765,5 milyon manat olub. Bu, illik müqayisədə 3,9 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 6 %-dən 5,7 %-ə enib.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 54-dür.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
2
525.az

3Mənbələr