AZ

Ölkədə ilkmeyit ürəyi köçürülən 19 yaşlı pasiyent -FOTO



“Bakıda meyit donordan ürək köçürülən 19 yaşlı Rəşad Məmmədəliyev hazırda Mərkəzi Klinikada ciddi həkim nəzarətində saxlanılır”​.

"MEDİCİNA.AZ"xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında R.Məmmədəliyevin atası Abbasəli Məmmədəliyev deyib.

“Rəşadda yerimə problemi, təngnəfəslik və digər əlamətlər aşkarlanandan sonra müalicələr başlandı. Təxminən 5-6 ay əvvəl bir neçə həkimə müraciət edəndən sonra Mərkəzi Klinikada Kamran Musayevin qəbulunda olduq.

K.Musayev əməliyyatı üzərinə götürdü və oğlum üçün donor da tapıldı. Oktyabrın 23-ü gecə saat 3 radələrində əməliyyat başlanıldı, günorta 11:30-da başa çatdı.

Hazırda vəziyyəti yaxşıdır, palata şəraitində həkim nəzarətində saxlanılır. Həkim nəzarəti ilə qismən hərəkət edir, özünü normal hiss edir. Hələ ki görüşə icazə vermirlər. Telefonla qısamüddətli danışır”.

MEDİCİNA.AZ



Seçilən
24
18
medicina.az

10Mənbələr