Astara polisi qanunsuz ov edən şəxsləri saxlayıb.
ONN media xəbər verir ki, polis əməkdaşları tərəfindən təbiətin mühafizəsi və qanunsuz ov hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ərçivan qəsəbəsi, Şiyəkəran və Kələdəhnə kəndlərinin ərazisində keçirilən növbəti tədbirlər zamanı çöl quşlarının qanunsuz ovu ilə məşğul olan R.Feyziyev, R.Mahmudov, X.Məmmədov və Ş.Feyziyev saxlanılıblar.
Onlardan qanunsuz ovladıqları müxtəlif növ çöl quşları, ov alətləri və digər ləvazimatlar aşkar olunaraq götürülüb.
Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta