AZ

Sahibə Qafarova Ermənistana dəvət edildi

“Qoy, Azərbaycan Prezidenti Ermənistana gəlsin, bizim rəhbərimiz, o cümlədən də mən onlara gedim”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan belə deyib. 

Alen Simonyan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Ermənistana səfər edəcəyini istisna etməyib. 

“Qoy, onların prezidenti də gəlsin, qoy bizim rəhbərimiz də onlara getsin, mən də gedərəm. Lakin səfərə qədər müzakirə edilməli olan məsələlər var”, - deyə erməni spiker jurnalistlərə bildirib. 

Qeyd edək ki, “Caliber.az” saytı Azərbaycan Prezidentinin Avropa Birliyinin Siyasi Şurasının sammitində iştirak etmək üçün Ermənistana səfər etməyəcəyini yazıb. 

Adıçəkilən qurumun növbəti sammiti 2027-ci ildə Azərbaycanda keçiriləcək. Bu baxımdan, Nikol Paşinyanın tədbirdə iştirak etmək üçün Azərbayacana səfər edib-etməyəcəyi ilə bağlı suallar yaranıb. Alen Simonyan isə “Bizim rəhbərimiz” dedikdə kimi nəzərrdə tutduğuna aydınlıq gətirməyib. Yəni söhbətin Baş nazirdən, yoxsa Ermənistan Prezidentindən getdiyi məlum deyil. 

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr