AZ

“Qarabağ”da daha bir...

Joni Montiel “Qarabağ”da debüt edib.

İspan yarımmüdafiəçi dünən “İmişli” ilə matçda Ağdam klubunun heyətində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı oyunçu Premyer Liqasının 10-cu turunda son dəqiqələrdə Abdullah Zubiri əvəz edib. O, “Qarabağ”da oynayan futbolçuların sayını 323-ə çatdırıb.

Zədədən əziyyət çəkən Montiel “Qarabağ”ın Çempionlar Liqası üçün heyətinə daxil edilməyib.

O, avqustun əvvəlində ağdamlılarla 2+2 illik müqavilə imzalayıb Yarımmüdafiəçi “Rayo Valyekano” klubunun yetirməsidir.

Seçilən
4
1
sportinfo.az

10Mənbələr