AZ

Məşhur teleaparıcı Heydi Klumun Halloven geyimi hamını qorxutdu –FOTO

Alman model və televiziya aparıcısı Heydi Klum Nyu-York şəhərində keçirilən illik Halloween əyləncəsində Qorqon Meduza geyimində çıxış edib.

AzPost bildirir ki, onun əri, Tokio Hotel musiqiçisi Tom Kaulitz isə daşlaşmış yunan döyüşçüsü rolunda çıxış edib.

Heydi Klum qeyri-adi, xüsusi hazırlanmış geyimləri və bir çox məşhurun ​​qatıldığı tematik əyləncələri sayəsində “Halloween Kraliçası” kimi tanınır.

Keçmiş illərdə Klum Stiven Spilberqin eyniadlı filmindəki yadplanetlinin, qurdun, tovuz quşunun, Şrek filmindəki Fiona və digər personajların kostyumlarını geyinib.

AzPost.az

Seçilən
11
1
azpost.info

2Mənbələr